Yaşla dolan gözlərinə gözlərim qurban
Qəmli baxan baxışına bu canım qurban
Ağlımı başımnan alan o qara gözlərinin
Həsrətini çəkdiyim yarım belə qadasını mən alıram
Canım mənim canım gözüm
Dinləmə yadın sözünü
Gəl birgə qərar verək
Yaşadaq sevgimizi
Darıxan adam necə olur
Dərdi çəkilməz olur
Nə çəkdim içimdə mən
Şahidim tanrı olur